...Polşa meşələrində quraşdırılmış videokameralar çaydan keçən nadir qara canavarları çəkib.
SİA-nın məlumatına görə, Delfi yazır ki, isti mövsümdə hazırlanan bu video Polşa alimləri tərəfindən ötən həftə sonu paylaşılıb.
Canavarlar qunduzlara nəzarət etmək üçün quraşdırılmış kamera görüntülərinə düşüb.
CNN xəbər verir ki, SAVE Wildlife Conservation Fund Polşanın işçiləri hazırda qara canavarların genetikasını öyrənirlər.
Layihənin gedişində alimlər bir neçə dəfə qara canavarların boz həmkarları ilə çayın o tayından keçdiyini görüblər. Layihənin koordinatoru Coanna Toçidlovskayanın sözlərinə görə, bu, çox qeyri-adi mənzərədir.
AP-nin məlumatına görə, Polşada 3000-ə yaxın canavar yaşayır.
Qara canavar boz canavarın melanistik variantıdır.
Qara canavar bütün itlərin ən nadiri hesab olunur. Bu gen mutasiyası minlərlə il əvvəl ortaya çıxıb. Avropada qara qurdlar genetik müxtəlifliyin azalması səbəbindən çox nadirdir, lakin ABŞ-da, Yellowstone Milli Parkında canavarların təxminən yarısı qaradır.
Videoda çəkilən qara canavarların eyni sürüdən olduğu və ən azı biri erkək olan bir yaşlı bacı-qardaş olduğu güman edilir. Videonun dəqiq harada çəkildiyi məlum deyil.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə