Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı kimi tərkibinə daxil olmayacağını bəyan edib. SİA xəbər verir ki, bu barədə o, Brüsseldə jurnalistlərlə bildirib. "Tam aydın danışmaq istəyirəm: Kanada heç vaxt 51-ci ştat olmayacaq. Bu heç vaxt baş verməyəcək”, – o söyləyib. Eyni zamanda, Kanada Baş naziri qeyd edib ki, Ottava ABŞ Prezidenti Donald Trampın bu cür bəyanatlarına çox ciddi yanaşır.
Xatırladaq ki, fevralın 9-da Tramp Kanadanı "yaşamaq qabiliyyəti olmayan ölkə” adlandırıb və müdafiə xərclərinin yetərincə olmadığını bildirərək yenidən onun 51-ci Amerika ştatı olmasını təklif edib. Həmin gün daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts bildirmişdi ki, Ağ ev rəhbəri Kanadaya hərbi müdaxilə planlaşdırmır.
Bütün xəbərlər Facebook səhifəmizdə