Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıb. Telefon danışığı bu gün baş tutub.

SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin məlumat yayıb.

Litvin bildirib ki, Ukrayna və Amerika liderləri arasında söhbət yerli vaxtla saat 19:40 radələrində başa çatıb. Onun sözlərinə görə, siyasətçilər bir saata yaxın danışıblar.

Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqlar apardığı barədə məlumat da yayılmışdı. Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib ki, Tramp və Putin arasında təxminən bir saat yarım davam edən telefon danışığı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə