Əfqanıstanın şərqindəki Qəzni və mərkəzi Bamiyan əyalətlərində ABŞ-ın yardımının kəsilməsi səbəbindən ümumilikdə 41 səhiyyə mərkəzi bağlanıb. SİA xəbər verir ki, Qəzni əyalətində 15 klinika, üç yardımçı mərkəz, 17 mobil qrup, bir təhlükəsizlik mərkəzi və iki tibbi klinika, Bamiyanda isə iki tibb məntəqəsi bağlanıb.
Qeyd edək ki, ABŞ-ın humanitar yardımının dayandırılmasından sonra Əfqanıstanda 50 yardım təşkilatı fəaliyyətini dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə