ABŞ prezidenti Donald Tramp deyib ki, Vogeldən sonra çərşənbə günü daha bir amerikalı azadlığa buraxılacaq. SİA xəbər verir ki, Tramp bunu Rusiyada həbsdə olan diplomat Vogelin azad edilməsinə münasibət bildirərkən deyib.

Amma Amerika lideri kimin və hansı ölkədə azad ediləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, ABŞ vətəndaşı Mark Vogel Rusiyada narkotik vasitələrin saxlanması və qaçaqmalçılığına görə məhkum edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə