Tramp 4 milyard dollarlıq hərbi yardımın Ukraynaya veriləcəyinə aydınlıq gətirməyib
ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən ayrılan, lakin əvvəlki ABŞ Lideri Cozef Bayden tərəfindən xərclənməyən 4 milyard dollar məbləğində hərbi yardımı Ukraynaya verməyi planlaşdırıb-planlaşdırmadığı sualına birmənalı cavab verməyib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Baxarıq", - Tramp suala cavab verib.
Yanvarda Pentaqondan bildirilmişdi ki, Bayden administrasiyası Konqres tərəfindən Ukraynaya hərbi yardım göstərilməsi üçün ayrılan vəsaitdən təxminən 4 milyard dollarını xərcləməyə imkan tapmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə