Pakistan hökuməti Liviyanın Zaviyə şəhərinin şimal-qərbindəki Marsa Dela limanı yaxınlığında "gəmi"nin batması nəticəsində 16 nəfər Pakistan vətəndaşının öldüyünü təsdiqləyib.
SİA xəbər verir ki, ümumilikdə qayıqda 65 nəfər olub. Ehtimal edilir ki, onlardan 63-ü pakistanlı olub.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, 37 nəfər pakistanlı sağ çıxarılıb, daha 10 nəfərin axtarışları davam edir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə