Almaniya Trampı gözləmədən Ukrayna münaqişəsinə son qoymağa çağırır

…Almaniya ABŞ prezidenti Donald Trampın addımını gözləmədən Ukraynadakı münaqişənin həlli üçün təşəbbüs göstərməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Almaniya kanslerliyinə namizəd, “Sara Vaqenknext Ağıl və Ədalət İttifaqı” (BSW) partiyasının lideri Sara Vaqenknext deyib.

Siyasətçi qeyd edib ki, münaqişə yalnız dialoq yolu ilə həll edilə bilər.

T-online-a verdiyi müsahibədə Vaqenknext vurğulayıb ki, Ukrayna itirilmiş ərazilərini geri ala bilməyəcək, ona görə də hazırkı cəbhə xəttində atəşkəs üçün səy göstərməlidir.

Bundan əvvəl Sara Vaqenknext də Donald Trampın hərbi dəstək müqabilində ABŞ-a Ukraynanın nadir torpaq ehtiyatlarına çıxışını təklif edən təşəbbüsünün Avropa üçün ciddi təhlükəyə çevriləcəyi ilə bağlı fikirlərini bildirib.

...Yeri gəlmişkən, Zelenski 2025-ci ildə münaqişəyə son qoymaq istədiyini, lakin Avropadan təminat tələb etdiyini bildirmişdi.

Onlar həmçinin Ukrayna münaqişəsinə son qoymaq üçün 3 real ssenari yazıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə