…Gərək ki, Sovet dönəmində yaşayanlar bu aktyoru yaxşı tanımalıdırlar.
SİA-nın məlumatına görə, SSRİ xalq artisti Oleq Strijenov 96 yaşında vəfat edib.
Bu barədə RİA Novosti də yazıç.
Deyilənlərə görə, məlumatı aktyorun köməkçisi də təsdiqləyib.
Oleq Aleksandroviçin ölümü ilə bağlı suala cavablandırarkən, o, “bəli, bu doğrudur”- deyib.
Fevralın 7-də Strijenovun beyin infarktı - işemik insult keçirdiyi bildirilir.
O, kəskin serebrovaskulyar qəzaya görə xəstəxanaya yerləşdirilməli idi.
Sənətçinin xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
Aktyor “Xoşbəxtliyin valehedici ulduzu”, “Ağ gecələr”, “At milçəyi”, “Sevimli klounum”, “Pyotrun gəncliyi”, “Maçalar kraliçası” və digər filmlərdəki rolları ilə tanınıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə