ABŞ insanabənzər robot ordusu yaradır

ABŞ Çinlə mübarizədə 100 min insanabənzər robotdan ibarət “ordu” yaratmağı planlaşdırır.

Fiqur AI-nin baş direktoru Brent Edkok "Amerikanın aparıcı şirkətlərindən biri" ilə müqavilə bağladığını elan etdib.

SİA-nın məlumatına görə, müqavilə qarşıdakı dörd il ərzində süni intellekt texnologiyasından və OpenAI, eləcə də Microsoft-un inkişaflarından istifadə etməklə yüz minlərlə insanabənzər robotun istehsalına imkan verəcək.

Ən son modellər real dünya şəraitində mürəkkəb tapşırıqları yerinə yetirməyə qadir olacaq.

Bunu Edkok bildirib.

...Süni intellekt artıq dünyanın ən böyük fabriklərində istifadə olunur və burada istehsal proseslərini avtomatlaşdırmağa kömək edir.

Şirkətin ilk yüksək profilli müştərisi BMW olub, burada robotlar artıq istehsal proseslərinin modernləşdirilməsinə və səmərəliliyin artırılmasına kömək edir. Sıçrayış ABŞ-ın insanabənzər robotlar sahəsində Çini ötməyə çalışdığı bir vaxtda baş verdi, çünki Çin 2023-cü ildə bu cür texnologiyaların 2027-ci ilə qədər sənayesində tətbiq edilməsi planını açıqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə