"Hər bir radikal QHT-nin arxasında radikal donor dayanır"

“Hər bir radikal qeyri-hökumət təşkilatının (QHT) arxasında radikal donor dayanır. Bunu ABŞ-ın yeni administrasiyası da təsdiqləyib”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Transparency International”ın Gürcüstan ilə bağlı dərc etdiyi məlumatları şərh edərkən deyib.

“Hər radikal QHT-nin arxasında bir radikal donor dayanır. ABŞ-ın yeni administrasiyası bu günlərdə məhz bunu açıqlayıb. “Transparency İnternational” da USAID və İsveç hökuməti tərəfindən maliyyələşdirilir”, – deyə Papuaşvili sosial şəbəkə hesabında yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə