O, milyarder gözləyirdi, amma bəxtinə milyonçu çıxıb..?

Deyirsiniz yəni, Meqan da kabab iyinə gələnlərdənmiş..?

...Şahzadə kimi yaşamaq arzusu toydan qısa müddət sonra puç oldu. Xatırladaq ki, Meqan və Harri 2018-ci ildə evləndilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Meqan Markl şahzadə ilə tanış olanda, görünür, Harrinin ailəsi haqqında çox “amerikalı" bir fikrə sahib olub: qalalar, toplar və sonsuz sərvət... O, milyarder gözləyirdi, amma bəxtinə milyonçu çıxıb..?

Deməli, bu barədə “Times” jurnalistlərinə kral ailəsinin üzvlərindən biri bildirib.

…Meqan Harrinin cəmi 20 milyon funt-sterlinq dəyərində olduğunu biləndə, o, yeni ailəsi ilə bağlı fərziyyələrini yenidən nəzərdən keçirməli olduğunu başa düşüb.

…Üstəlik, əri yəqin ki, ailəsinin nə qədər tələbkar olduğunu ona başa sala bilməyib.

Bunu da “Times” yazıb.

Kaliforniyalı aktrisanın kral ailəsinə böyük məyus olması açıq bir sirr idi. Bu sarayda heç kim üçün sürpriz deyil. İnsayderlərdən biri BILD-ə təsdiqləyib: “Meqan, Harrinin necə yaşadığı barədə tamamilə səhv bir fikrə sahib idi…”

…Təbii ki, Meqan məyusluğunu saray işçilərindən çıxarmağa çalışdığına görə, ona “Çətin düşes” (“Slojnoy qersoqiney”) ləqəbi verdilər.

…Meqan, gözəl bir şahzadə kimi qeyd olunmaq və rəftar etmək üçün yaraşıqlı bir milyarder şahzadəyə sahib olmaq istədi. Lakin o, tezliklə başa düşdü ki, kral həyatının çoxlu zəhmət və nizam-intizam tələb olunur.

Bunu “Times”-ə danışan insayder əmindir ki, Meqanın Kaliforniyaya köçməsini belə tez planlaşdırmağa vadar edən də məhz bu puç ümidlər olub.

Rəsmi olaraq o və Harri hələ də cütlükdür, lakin yanvar ayında Amerika mediası tezliklə boşanmanın mümkün olduğunu yazmışdı…

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə