Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 35 PUA məhv edilib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Kursk vilayətində 18, Orlov vilayəti və Krasnodar diyarında 4, Voronej və Rostov vilayətlərində 3, Bryansk, Tula vilayətləri və Krımda 1 PUA vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə