İlon Mask "TikTok"u da alacaq?

Amerikalı iş adamı və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask "TikTok"u almaq fikrində olmadığını bildirib. SİA xəbər verir ki, iş adamı Almaniyada keçirilən konfransda çıxışı zamanı bildirib. “Mən "TikTok"u almaq üçün müraciət etməmişəm. Mənim "TikTok"u almaq istəyim yoxdur”, - deyə o bildirib. O, əlavə edib ki, bu şirkətə niyə ehtiyac duyduğunu təsəvvür belə edə bilmir və adətən satın almaqdansa, hər şeyi sıfırdan yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə