Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvin “WhatsApp” qrupunda yazdığı şərhlərə görə vəzifəsindən kənarlaşdırılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, antisemit xarakterli ifadələr işlədib və hətta yaşlı bir seçicisi haqqında növbəti seçkiyədək ölməsini arzuladığı barədə zarafat edib.
Sözügedən “WhatsApp” qrupunda Leyboristlər Partiyasının bələdiyyə üzvləri, partiya rəsmiləri və bir başqa deputat iştirak edib. Endryu Qvinin Leyboristlər Partiyasının deputatı Diane Abbot haqqında irqçi, baş nazirin müavini Ancela Reyner haqqında isə müxtəlif ifadələr işlətdiyi iddia olunur.
Hökumət sözçüsü məsələyə münasibət bildirərək deyib ki, Baş nazir Kir Starmer ictimai vəzifədə yüksək davranış standartlarını qorumaqda qətiyyətlidir. O, Endryu Qvinin partiya üzvlüyündən uzaqlaşdırıldığını da təsdiqləyib: “Biz “WhatsApp” qrupunda yazılan şərhləri partiyanın qaydaları və prosedurlarına uyğun olaraq araşdırırıq”,- deyə o, qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə