Dünyanın ən yaxşı aviaşirkəti Moskvaya bəzi reyslərini ləğv edib

…2024-cü il üçün dünyanın ən yaxşı aviaşirkəti seçilən Qatar Airways Moskvaya bəzi uçuşları ləğv edib.

SİA-nın məlumatına görə, bu barədə “Baza” nəşri yazır. Qeyd olunur ki, bu, bütün fevral ayı ərzində Rusiya Federasiyasının paytaxtına və geriyə axşam reyslərinə aiddir. Nəşrin məlumatına görə, axşamlar Moskvadan Dohaya uçmağı planlaşdıran sərnişinlər reyslərin ləğvi ilə bağlı bildirişlər almağa başlayıblar.

Bəzi müştərilərə biletlərini bir və ya iki gün ərzində başqa tarixə dəyişmək imkanı təklif olundu, lakin əksəriyyəti daha uzun gecikmələrlə üzləşib. Eyni zamanda, səyahət edənlərə pul qaytarmaq sərfəli deyil - yeni aviabiletlərin qiymətləri bahalaşıb.

Mənbənin sözlərinə görə, bir çox sərnişinlər istirahət günləri üçün bilet alıblar və hazırda onların otel rezervasiyası ləğv edilir.

Bəzi insanlar yüksək xidmət səviyyəsinə görə xüsusi olaraq Qatar Airways-i seçdilər. Aviaşirkətin nümayəndələri uçuşların kütləvi şəkildə ləğvi ilə bağlı heç bir izahat verməyiblər və “vəziyyət qəfil yarandığına” görə dəstək köməkdən imtina edir.

Bundan əvvəl Rusiya Səyahət Sənayesi İttifaqı bəyan etmişdi ki, Flydubai reyslərinin ləğvi səbəbindən rusiyalı turistlər Dubaya səfərlərini kütləvi şəkildə ləğv etməyə başlayıblar. AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra daşıyıcının Dubaydan Soçiyə və Mineralnıye Vodıya reysləri təxirə salması turizm bazarında ciddi problemlər yaradıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə