Egey dənizində növbəti zəlzələ olub

Egey dənizində 4,5 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Zəlzələ Bakı vaxtı ilə 05:52-də qeydə alınıb. Yunanıstan adalarının sıx yerləşdiyi akvatoriyada baş vermiş zəlzələnin episentri Türkiyənin Muğla şəhərinin Bodrum rayonundan 136 km məsafədə olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə