Tramp Putinlə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq niyyətində olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə o, Yaponiyanın Baş naziri Siqeru İsiba ilə görüşündə jurnalistlərə deyib.

“Yəqin ki, Putinlə danışacağam”, - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti bu söhbətin nə vaxt baş tuta biləcəyini dəqiqləşdirməyib.

“Mənim Putinlə həmişə yaxşı münasibətim olub”, - deyə o əlavə edib.

Eyni zamanda, Tramp Ukrayna böhranına son qoymaq arzusunu təkrarlayıb və o vaxt prezident olsaydı, münaqişənin baş verməyəcəyini təkrarlayıb. Bundan əlavə, Amerika lideri bir daha bildirib ki, Avropa Ukraynaya kifayət qədər dəstək vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə