BMT-nin Baş katibi Antonio Quterreş Fransa Prezidenti Emmanuel Makronla görüşəcək. SİA xəbər verir ki, bunu baş katibin sözçüsünün müavini Farhan Haq açıqlayıb. O bildirib ki, dünya təşkilatının başçısı fevralın 10-11-də Parisdə keçiriləcək süni intellekt (Sİ) sammitində iştirak edəcək. Baş katibin sammit çərçivəsində bir çox dünya liderləri ilə görüşü nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə