…90-a yaxın zərərçəkmiş spirtli içki qəbul etdikdən sonra İstanbulda müalicə üçün müraciət edib və onlara metanoldan zəhərlənmə diaqnozu qoyulub.
SİA-nın məlumatına görə, bütün hallar Türkmənistan və Özbəkistandan olan miqrantların yaşadığı ərazilərdə qeydə alınıb.
Ankara valisi Vasip Şahin paytaxt bölgəsində saxta spirtli içki qəbulu ilə bağlı 33 nəfərin öldüyünü bildirib.
Əvvəllər 11 nəfərin keyfiyyətsiz alkoqoldan öldüyü bildirilirdisə, indi ölənlərin sayı 33-ə çatıb, 20 xəstənin vəziyyəti ağırdır.
NTV qeyd edib ki, spirtli içkilərin saxtalaşdırılması işi ilə bağlı aparılan istintaq çərçivəsində 32 nəfər həbs edilib, onlardan 13-ü nəzarətə götürülüb.
Yanvarın ortalarında Türkiyə KİV-ləri 90-a yaxın vətəndaşın aşağı keyfiyyətli spirtli içki qəbul edərək İstanbulda müalicə almaq üçün müraciət etdiyini və onlara metanol zəhərlənməsi diaqnozunun qoyulduğunu yazmışdı.
Bu halların demək olar ki, hamısı Türkmənistan və Özbəkistandan olan miqrantların yaşadığı ərazilərdə qeydə alınıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə