Böyük Britaniyada “TikTok” 4 yeniyetmənin valideynləri tərəfindən məhkəməyə verilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, valideynlər iddialarında övladlarının “Blackout challenge” adlanan trendə qoşularkən öldüyünü qeyd ediblər.
Cümə axşamı Amerika Sosial Media qurbanları Hüquq Mərkəzi uşaqların valideynləri adından “TikTok”a qarşı qanunsuz ölüm iddiası qaldırıb. Şikayət ərizəsi 3 yeniyetmənin anası, 1-nin atası adından verilib.
Bu iddialarda ölümlərin “ByteDance”ın qəsdən bağımlılıq yaradan proqramlaşdırma dizaynı əsasında” və “uşaqları “TikTok” ilə maksimum dərəcədə əlaqə qurmağa təhrik etmək məqsədi” ilə həyata keçirildiyi bildirilir. Həmçinin “ByteDance”ın hər bir uşaqda zərərli asılılıqlar yaratdığı və onları dayanmadan zərərlədiyi iddia edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə