Madrid"in vingeri 24 yaşlı futbolçu ilə yeni müqaviləni müzakirə etmək üçün ağ-qaralar ilə ilk görüşü keçiriblər.
Vinisius Juniorun agentləri "Real" ilə yeni müqaviləni müzakirə etmək üçün ilk görüşü keçiriblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı "Relevo" paylaşıb.
Bildirilir ki, görüşdə Madrid klubu yeni müqaviləsinə əsasən Vinisiusa ödəməyə hazır olduğu maaşı açıqlayıb. Braziliyalı oyunçunun agentləri isə hesab edirlər ki, Vinisius daha çox qazanmalıdır.
"Real" daha çox ödəməyə hazır olan Səudiyyə klublarının Vinisiusa olan marağına görə bu danışıqların asan olmayacağının fərqindədir. Bununla belə, "Kral klubu" 24 yaşlı hücumçunun maaşını həddindən artıq şişirtmək niyyətində deyil.
Qeyd edək ki, Vinisiusun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə