Cinayətkar 11 il müddətinə azadlıqdan məhrum edilib

…Sankt-Peterburqun Birinci Qərb Dairə Hərbi Məhkəməsi terrorçuların sıralarına qoşularaq Ukraynaya getmək istəyən şəxsi mühakimə edib.

SİA-nın məlumatına görə, bu barədə 78.ru portalı yazıb. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, məhkum şəhərdəki rabitə vasitələrinin koordinatlarını müəyyən etmək üçün tapşırıqlar yerinə yetirirmiş.

Cəza alan şəxs sənaye elektrik avadanlıqlarının topdan satışı ilə məşğul olan şirkətin baş direktorudur.

Şirkətin hərbi sənaye kompleksi müəssisəsi ilə əməkdaşlıq etdiyi məlumdur.

Məhkəmə həmin şəxsi terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirli bilib və ona 3 il həbs, 8 il isə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərib.

Bundan əvvəl SbPSU-da aspirantı öldürən tarixçi Oleq Sokolov xüsusi hərbi əməliyyatda iştirak etmək i9stədiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə