Şimali Makedoniyada hökumətin keçmiş xidmət rəisi korrupsiyada ittiham olunur

Şimali Makedoniyada Ümumi və Birgə İşlər üzrə Xidmətin keçmiş rəhbəri Pece Mirçeski korrupsiyada ittiham edilir. SİA xəbər verir ki, Pece Mirçeski rüşvətxorluq, rəsmi sənədləri saxtalaşdırma, xidmətdə mənimsəmə kimi cinayət əməlləri ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılıb.

Skopye məhkəməsi korrupsiya ittihamı ilə Pece Mirçeskinin həbsinə qərar verib. Onun xidmətə rəhbərlik etdiyi dövrdə dövlət büdcəsinə minlərlə avro ziyan vurduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə