Səudiyyə Ərəbistanı indiyədək Donald Trampın qlobal neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salmaq üçün hasilatı artırmaq çağırışlarına məhəl qoymayıb. O, öz maraqlarını güdür və hətta avropalı, eləcə də asiyalı alıcılar üçün qiymətləri qaldırmağa qərar verdi.
Asiyaya göndərilən əsas növ “Arab Light” markalı neftin qiyməti mart ayından etibarən bir barel üçün 2,40 dollar artacaq ki, bu da Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranan artımdan sonra dünyanın əsas göstəricisi olan Brent markalı neftin 100 dollar civarında ticarət edildiyi 2022-ci ilin avqustundan bəri ən böyük artımdır.
SİA-nın məlumatına görə, “İnterfaks” “Saudi Aramco”nun bəyanatına istinadən yazır ki, nəticədə “Arab Light” nefti Oman/Dubay neft səbətindən 3,9 dollar bahalaşacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə