Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan ilə Sergey Lavrov arasında telefon danışığı olub.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı regional məsələlər müzakirə edilib.

Həmsöhbətlər Suriyadakı son vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə