Rusiya Bakıda Rus Mədəniyyət Mərkəzinin (Rus Evi) qeydiyyatı ilə bağlı vəziyyətin müsbət şəkildə həll olunacağını gözləyir.
SİA xəbər verir ki, bunu cümə axşamı, fevralın 6-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat təsdiqləyib ki, Moskva Rusiya Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycandan bildiriş alıb.
…Buna cavab olaraq Rusiya tərəfi Rusiya Evinin qeydiyyatının başa çatdırılması üçün lazımi tədbirlər görməyə və bunu təbii ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirməyə hazır olduğunu bildirib.
O qeyd edib ki, Rusiya tərəfi dəfələrlə bu məsələnin diplomatik kanallar, o cümlədən yazılı müraciətlər vasitəsilə müzakirə edilməsini təklif edib.
TASS xəbər verir ki, bununla bağlı Moskva vəziyyətin müsbət həllinə ümid edir.
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib ki, Bakıdakı “Rus evi” icarəyə götürdüyü binaları ay yarım ərzində boşaltmalıdır, çünki sahibi təcili satmaq niyyətində olduğunu bildirib.
Bundan əvvəl Azərbaycan informasiya agentliyi “Report” xəbər verib ki, Rusiya tərəfi “Rossotrudniçestvo”nun Azərbaycanda bağlanması ilə bağlı rəsmi bildiriş alıb. Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov da bildirib ki, Fransa tərəfi Parisdəki Rus Evini tamamilə bağlamağa çalışır və onun hesabları artıq dondurulub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə