İlk Tu-214 sərnişin təyyarəsi 2025-ci ildə Rusiya aviasiya sənayesinin inkişafı üçün kompleks proqramla təsdiq edilmiş həcmlərdə sifarişçilərə çatdırılacaq.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının sənaye və ticarət naziri Anton Əlixanov NAIS mülki aviasiya infrastrukturunun milli sərgisi çərçivəsində bildirib.
…Bu il ilk Tu-214-lər kompleks proqramda təsdiq edilmiş planlar çərçivəsində təhvil veriləcək, - nazir bildirib.
Onun sözlərinə görə, hazırda yeddi əsas təyyarə növü sertifikatlaşdırma işlərinin müxtəlif mərhələlərindədir.
Qeyd edək ki, 2024-cü ilin noyabrında uçan laboratoriya kimi istifadə edilən idxalı əvəz edən Tu-214 ilk uçuşunu edib. Uçuş bir saatdan çox davam edib.
2024-cü ilin iyun ayında Rostec dövlət korporasiyası Kazan Qorbunov Aviasiya Zavodunun Tu-214 sərnişin təyyarələrinin istehsalı üçün emalatxanalarının yenidən təchiz edilməsini başa çatdırdığını bildirlb.
Bu proqramın həyata keçirilməsi orta mənzilli Tu-214 təyyarələrinin istehsalını artıracaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə