…Çikaqo Ticarət Birjasında (CME) aprel fyuçersləri 0,68 faiz bahalaşaraq 1 unsiya üçün 2876,51 dollar olub.
Beləliklə, qızılın qiyməti növbəti dəfə tarixi maksimumunu qırdı.
SİA-nın məlumatına görə, metalın bir unsiyası 2872,96 dollara satılaraq, artım 0,56%-ə qədər azalıb.
Qızılın əvvəlki tarixi maksimumu yanvarın 30-da keçirilən hərracda metalın bir unsiya qiymətinin 2850 dolları ötdüyü vaxt qeydə alınıb.
Bu, ABŞ prezidenti Donald Trampın ticarət tariflərinin tətbiqi ilə bağlı investorların narahatlığı fonunda baş verib. Bunu Reuters qeyd edib.
...Fevralın əvvəlində Tramp Kanada, Çin və Meksikadan gələn mallara gömrük rüsumlarının tətbiqi haqqında sərəncam imzalayıb. Meksika və Kanadadan idxala tariflər 25, Çindən gələn mallara isə 10 faiz olacaq.
Eyni zamanda, Kanadadan gələn enerji resursları üçün rüsumlar da 10 faiz təşkil edəcək.
Associated Press (AP) qeyd edib ki, tariflər çərşənbə axşamı, fevralın 4-dən qüvvəyə minəcək.
2024-cü ildə qızıl bir neçə dəfə yeni qiymət rekordları qoydu. Buna Federal Ehtiyat Sisteminin monetar siyasətini yumşaltması, geosiyasi gərginliyin artması və əsas mərkəzi banklar tərəfindən qiymətli metalın aktiv alışı kömək edib. İlin sonunda qızıl 27 faiz bahalaşaraq əsas xammal aktivləri arasında ən gəlirlilərdən birinə çevrildi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə