…Bioloq İrina Lyalina deyib ki, yüksək dərəcəli undan hazırlanan çörək qanda şəkərin artmasına səbəb ola bilər.
SİA-nın məlumatına görə, o, NEWS.ru saytına şərhində ruslar üçün ən zərərli çörəyin adını çəkib.
Lyalinanın sözlərinə görə, ağ un çörəyində praktiki olaraq heç bir lif, vitamin və mineral yoxdur.
Bundan əlavə, mağazadan alınan çörəyin tərkibində zərərli əlavələr və un əvəzediciləri ola bilər,-deyə o əlavə edib.
Belə çörək qan şəkərinin və çəki artımına səbəb ola bilər.
Lyalina həmçinin qeyd edib ki, buğda çörəyinin tərkibindəki qlüten çölyak xəstəliyindən əziyyət çəkən insanlar üçün zərərlidir.
Bəzi insanlar üçün ağ çörək daimi şişkinlik və bağırsaq narahatlığına səbəb ola bilər.
Daha əvvəl Lyalina ispanaqın faydalı xüsusiyyətlərindən danışıb.
Onun sözlərinə görə, bu məhsul antioksidantlarla zəngin olduğundan xərçəng və ürək xəstəliklərinin qarşısını almaq üçün istifadə edilə bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə