ABŞ Prezidenti Donald Tramp İrana maksimum təzyiqi bərpa etmək üçün sərəncam imzalayıb. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Eyni zamanda o, ABŞ-ın bu alətə tez-tez müraciət etməyəcəyinə ümid etdiyini bildirib.
Daha əvvəl “Foreign Affairs” jurnalı Trampın İsrailə İranın nüvə obyektlərinə zərbə endirməsinə icazə verə biləcəyini yazmışdı.
Bu açıqlama "Fox News"un ölkənin nüvə proqramını inkişaf etdirməyə çalışan İranın Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatının Tehranın kosmos proqramının pərdəsi altında fəaliyyət göstərdiyi barədə xəbərindən sonra verilib. Bu ittihamla bağlı heç bir dəlil açıqlanmayıb və İran öz hesabatında kəşfiyyat mənbələrinə istinadla dəfələrlə bunu təkzib edib.
Noyabrda “Financial Times” yazmışdı ki, Tramp maksimum iqtisadi təzyiq siyasəti ilə İranı nüvə sazişinə məcbur etmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə