Balaşixa sakini iti 14-cü mərtəbədən atıb

...sevgilisi ilə mübahisə etdiyi üçün

…Moskva vilayətinin Balaşixa şəhərinin sakini iti 14-cü mərtəbənin pəncərəsindən atıb.

SİA bu barədə rus saytlarına istinad edir.

...22 yaşlı gənc sevgilisi ilə mübahisə zəminində çoxmərtəbəli yaşayış binasının pəncərəsindən çihuahua cinsindən olan iti aşağı atıb.

Oğlan bu hərəkəti videoya da çəkib.

Hadisədən sonra o, səs yazısını sevgilisinə göndərib.

…Səhər saat 5:00 radələrində o, iti on dördüncü mərtəbənin pəncərəsindən atdı…

Bunu insayder deyib.

Heyvan belə hündürlükdən yıxılandan sağ çıxa bilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə