...İran nüvə silahını bir il və ya daha çox deyil, aylar ərzində yaratmağın yolunu axtarır.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu, ABŞ kəşfiyyatının gəldiyi nəticədir, kəşfiyyatla tanış olan mənbələr “New York Times”-a bildiriblər.
Onlar deyirlər ki, İran mühəndisləri və silah alimlərindən ibarət gizli komanda hökumətin daha sürətli bomba istehsalını tələb edəcəyi təqdirdə İranın artan nüvə yanacağı ehtiyatını tez bir zamanda silaha çevirmək yollarını inkişaf etdirirlər.
...İran hökuməti hələ ki, nüvə silahının yaradılması ilə bağlı qərar qəbul etməyib, lakin İran ordusu İsrailin ölkə ərazisinə zərbələrindən sonra İsrail və ABŞ-a qarşı “yeni çəkindirmə variantlarını”...əslində isə müdafiəni ciddi şəkildə araşdırır. Təbii ki, Livan “Hizbullahı”nın və Fələstin HƏMAS-ın zəifləməsi, həmçinin Suriyada hakimiyyət dəyişikliyi Tehranın bu addımını tezləşdirməyə vadar edir..?
Qeyd edilməlidir ki, bunu “New York Times” həmsöhbətləri bildiriblər.
...Xatırladaq ki, 2018-ci ildə ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişindən çıxdığını bəyan edib. Bundan sonra ölkə uran hasilatını bərpa edib. Hazırda “New York Times”-nin məlumatına görə, Tehranda 4-5 bomba üçün kifayət qədər 60 faizə qədər zənginləşdirilmiş uran var.
Eyni zamanda, İran prezidenti Məsud Pezeşkianın ABŞ-ın yeni administrasiyası ilə danışıqlara can atdığına dair siqnallar da var.
...Prezident Pezeşkian və İran Xarici İşlər Nazirliyi çox güman ki, rejimin daxili nüvə inkişafları barədə heç nə bilmirlər.
Bunu İran eksperti Kərim Sadjadpur bildirib.
Onun sözlərinə görə, “ölkədə uzun müddətdir ki, iki paralel rejim mövcuddur”.
Yeri gəlmişkən, bir müddət əvvəl Parisdə yerləşən İranın müxalif Milli Müqavimət Şurası Tehranın kosmik proqram obyektlərində ölkənin nüvə işlərinə cavabdeh olan gizli müdafiə nazirliyinin agentliyinin fəaliyyət göstərdiyini bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə