Qanunsuz miqrantlar aprelin 30-dan sonra Rusiyanı tərk etməlidirlər

Bunu Rusiya Daxili İşlər Nazirliyinin rəis müavini bildirib

...Hazırda Rusiyada 670 minə yaxın qanunsuz miqrant var. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoy məlumat verib.

Qorovoy əlavə edib ki, bu rəqəmin yarıdan çoxu qadın və uşaqlardır.

O qeyd edib ki, adıçəkilən şəxslər Rusiya ərazisində qeyri-qanuni yaşayırlar, lakin 2024-cü il dekabrın 30-dan 2025-ci il aprelin 30-dək olan müddətdə hüquqi statusları ilə bağlı məsələlərin həlli üçün aidiyyəti orqan və idarələrə müraciət etmək imkanları var.

...Xüsusi qeydlərimizi yoxladıqdan və ictimai asayişi təhdid edən hər hansı hüquq pozuntusunun olmamasını qiymətləndirdikdən sonra biz bu xarici vətəndaşların hüquqi statusunu tənzimləyəcəyik. Əks halda, onlar ölkəni tərk etməyə məcburdurlar.

Qorovoy bunu “Komsomolskaya Pravda” radiostansiyasına müsahibəsində qeyd edib.

Qeyd edək ki, Rusiyada yeni miqrasiya rejimi 2025-ci il fevralın 5-dən qüvvəyə minəcək. Bu qanun yalnız ölkədə icazəsiz olan xarici vətəndaşlara şamil ediləcək.

Daha əvvəl 2024-cü ildə Kaluqa vilayətindən 800-dən çox qeyri-qanuni miqrantın qovulduğu bildirilirdi.

...Bu arada ABŞ İmmiqrasiya Xidməti də miqrantların SSRİ və Yuqoslaviyaya deportasiyası barədə məlumat yayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə