Putin Ədliyyə Nazirliyinin rəis müavinini vəzifəsindən azad edib

…Rusiya prezidenti Vladimir Putin ədliyyə nazirinin müavini Vsevolod Vukolovu tutduğu vəzifədən azad edib.

Dövlət başçısının fərmanı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

…Vsevolod Lvoviç Vukolov Rusiya Federasiyasının ədliyyə nazirinin müavini vəzifəsindən azad edilsin.

SİA-nın məlumatına görə, bu sənədin mətnində deyilir. Fevralın 3-də imzalanan fərman imzalandığı gündən qüvvəyə minir.

Vsevolod Vukolov 2021-ci ilin sentyabrında ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

Məmur 2001-ci ildən dövlət strukturlarında çalışır. Bundan əvvəl Putin Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsi və Federal Penitensiar Xidmətin 8 generalını vəzifəsindən azad edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə