Pentaqon rəhbəri Meksika sərhədinə gedəcək

...ABŞ-ın yeni müdafiə naziri Pit Heqset ABŞ ordusunun fəaliyyətini qiymətləndirmək üçün Meksika sərhədinə səfər edib.

SİA xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

…Hərbçilərimizlə görüşmək və sərhəd təhlükəsizliyi əməliyyatlarını nəzərdən keçirmək üçün cənub sərhədinə doğru gedirik.

Bunu deyən Pentaqonun rəhbəri Donald Trampın cənub sərhədinə 100 faiz əməliyyat nəzarəti əldə etmək istədiyini bildirmişdi.

Yanvarın sonunda Donald Tramp administrasiyasının miqrantlara qarşı elan etdiyi genişmiqyaslı reydlər Nyu-Yorkda başlayıb.

Federallər yerli hakimiyyət orqanları ilə mərkəz arasında qarşılıqlı əlaqənin məhdud olduğu ərazilərdə miqrantları saxlayır.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri cinayətkarları axtarır, lakin onlar qeyri-qanuni mühacirləri də yaxalaya bilirlər. Yanvarın 27-də ABŞ-ın yeni müdafiə naziri Pete Hegseth bildirib ki, Pentaqon əlavə qoşunlar da daxil olmaqla, ABŞ və Meksika arasındakı sərhədə nəzarət etmək üçün bütün lazımi resursları təmin edəcək.

Tramp qeyd edib ki, o, sərhəddə divarın tikintisini başa çatdırmaq istəyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə