Yaponiya beşinci dəfə H3 raketini buraxıb...

…Yaponiya Kaqoşima prefekturasının cənubundakı Taneqaşima Kosmik Mərkəzindən Michibiki 6 naviqasiya peykini daşıyan H3 raketini kosmosa göndərib.

SİA xəbər verir ki, bu barədə SpaceNews nəşri məlumat yayıb.

H3 buraxılışı bu raket üçün beşinci idi. Kvazi-Zenit Peyk Sistemi (QZSS) peyki kimi də tanınan 1900 kiloqramlıq Michibiki 6 kosmik gəmisi aşağı Yer orbitinə uğurla buraxılıb.

Sentyabrda nəşr Avropanın peyk telekommunikasiya operatoru Eutelsat-ın Yaponiyanın Mitsubishi Heavy Industries şirkətindən yeni H3 raketinin bir neçə buraxılışını aldığını bildirmişdi.

2023-cü ilin martında H3 raketinin ilk uçuşu ikinci pillədəki mühərrikin nasazlığı səbəbindən dayandırıldı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə