...Fermerlər əvvəlki ildəkindən 100 min hektar çox əkmək zərurəti ilə üzləşəcəklər. Bu problem Qazaxıstanla sərhəddə yerləşən rayonlar üçün xüsusilə aktual olacaq. Qeyri-adi isti qış Rusiyanın 21 bölgəsində çəyirtkə istilası təhlükəsi yaradır SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu mövsüm qışın qeyri-adi isti keçməsi ilə əlaqədar mütəxəssislər çəyirtkələri Rusiyada yeni məhsul üçün əsas təhlükələrdən biri hesab edirlər.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən federal "Rosselxoztsentr" məlumat yayıb.
Bu təhlükənin qarşısını almaq üçün ölkənin 21 rayonunda xüsusi qruplar yaradılacaq.
Qeyd edək ki, ötən il çəyirtkələrin basdığı 14 ərazi olub. Bu həşəratların işğalı gözlənilən bölgələrə Novosibirsk, Həştərxan, Saratov, Volqoqrad, Samara, Orenburq, İrkutsk, Ulyanovsk və Çelyabinsk vilayətləri daxildir. Kalmıkiya, İnquşetiya, Dağıstan, Çeçenistan, Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Xakasiya və Yakutiya respublikaları, həmçinin Stavropol, Krasnodar və Altay əraziləri də təhlükə altında ola bilər.
Fermerlər əvvəlki ildəkindən 100 min hektar çox əkmək zərurəti ilə üzləşəcəklər.
Bu problem Qazaxıstanla sərhəddə yerləşən rayonlar üçün xüsusilə aktual olacaq.
Alimlər artıq çəyirtkə istilası səbəbindən qlobal ərzaq təhlükəsizliyinə təhlükə barədə xəbərdarlıq ediblər.
Və bu təhlükənin səbəbi qlobal istiləşmədir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə