Türkiyə 95 təhlükəli oteli bağlayıb

Türkiyədə otellər bağlanmağa davam edir. Muğla vilayətində müfəttişlər “nöqsanlar tamamilə aradan qaldırılana qədər” 95 oteli möhürləyib.

SİA-nın məlumatına görə, bu barədə NTV yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Otellərdə yoxlamalar “təhlükəsiz və dayanıqlı turizmi təmin etmək səylərimizin bir hissəsi kimi” həyata keçirilib.

“503 mehmanxana və obyektdə audit aparılıb. "95 mehmanxana çatışmazlıqlar tam aradan qaldırılana qədər bağlanıb”.

Bunu əyalət rəsmiləri bildirib.

Yataqxanalara, gənclər mərkəzlərinə, idman obyektlərinə də baxış keçirilib.

Səlahiyyətlilər yoxlamaların davam etdiriləcəyini qeyd ediblər.

Bundan əvvəl İstanbulda lisenziyası olmayan və təhlükəsizlik qaydalarını pozan 250-dən çox otelin bağlanacağı bildirilirdi. Antalyada 50 otel də möhürlənib.

Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra kütləvi yoxlamalar başlayıb.

Yerli oteldə baş verən yanğında 78 nəfər həlak olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə