...Suriyanın keçid prezidenti təyin edilən “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani (əsl adı Əhməd əl-Şara) ilk xaricə səfərini edərək Səudiyyə Ərəbistanına səfərə gəlib.
SİA xəbər verir ki, bu barədə CNN Arabic məlumat yayıb.
“The Guardian” yazır ki, o, hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani ilə birlikdə Ər-Riyada eniş edib.
Səfər zamanı onların Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü nəzərdə tutulub.
Əbu Məhəmməd əl-Culani yanvarın 29-da Suriyanın keçid prezidenti təyin edilib. Ölkədə xalq şurası (parlament), ordu, bütün təhlükəsizlik orqanları və milislər də buraxılıb.
Bundan əlavə, Konstitusiya ləğv edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB