...Moskva vilayətində Səudiyyə Ərəbistanı şeyxinin kottecindən 30 milyon rubl dəyərində qiymətli əşyalar oğurlayan quldurları axtarırlar.
Oğurların evə özlərini müştəri kimi təqdim edərək daxil olduqları bildirilir.
SİA-nın məlumatına görə, bağ evi satışa çıxarılıbmış.
Şeyxin arvadı isə “tamaşa”ya rəhbərlik edib.
Potensial alıcılar getdikdən sonra sahibləri 30 milyon rubl dəyərində saat və zinət əşyalarını tapmayıblar.
Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Bir müddət sonra şeyx həyat yoldaşı ilə birlikdə evdən çıxarkən naməlum şəxslər kilidləri kəsərək elektrik enerjisini kəsiblər.
Hadisə yerinə gələn mütəxəssislər bağçada dinləmə aparatları aşkar ediblər.
Qadın hesab edir ki, quldurlar evlərinə keçmiş sevgilisinin xəbəri ilə gəliblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə