Kişi keçmiş arvadının mənzilində özünü yandırıb...

Moskvanın cənub-şərqində kişi keçmiş arvadının mənzilində özünü yandırıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə paytaxt prokurorluğu Telegram-da məlumat yayıb.

İlkin məlumata görə, fevralın 2-də səhər saatlarında kişi keçmiş həyat yoldaşı və 3 övladının yaşadığı mənzilə gələrək üzərinə yanar maye tökərək yandırıb.

Nəticədə keçmiş həyat yoldaşı və qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Həmin şəxs hadisə yerini tərk edib və daha sonra xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı ilkin araşdırma aparılır.

Onun nəticələrinə əsasən cinayət işinin başlanması barədə qərar veriləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə