...Rusiyada “Platon” sistemi üçün tarif 2025-ci il fevralın 1-dən indeksləşdirilib - indi 3,05 rubl/km ilə müqayisədə 1 kilometr səyahət üçün 3,34 rubl təşkil edir.
Nisbi mənada artım +9,5 faiz təşkil edib.
Tarifin hər il inflyasiya həddində artırılması nəzərdə tutulur. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Platon” federal magistral yollarda ümumi çəkisi 12 tondan çox olan yük maşınlarının keçidi üçün ödənişlərin toplanması sistemidir.
Deyilənlərə görə,“Platon”dan əldə olunan gəlirin böyük hissəsi regionlarda yolların təmirinə yönəldilib.
Yeri gəlmişkən, federal magistrallarda ağır yük maşınlarına görə ödəniş etməməyə görə cərimələr dörd dəfə artacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə