Bu şəhərin küçələrində siqaret çəkmək qadağan edildi

Yaponiyanın Osaka şəhərində küçədə siqaret çəkmək qadağan edilib. SİA xəbər verir ki, qərar Beynəlxalq sərgiyə (Expo-2025) hazırlıq çərçivəsində baş verib. İndiyədək 6 məhəlləni əhatə edən qadağa hazırda bütün şəhərə şamil edilir. Qaydanı pozanlar 1000 yen (təxminən 10 AZN) cərimə edilir. Bundan başqa, restoranlarda da siqaret çəkilməsi qaydaları dəyişib. Sahəsi 30 kvadrat metrdən çox olan restoranlarda xüsusi ayrılmış yer olmadığı təqdirdə tütün məmulatlarından istifadə qadağandır. Ötən həftəyə qədər bu norma 100 kvadrat metr idi. Qeyd edək ki, Osaka şəhəri 13 aprel-13 oktyabr tarixlərində “Expo-2025”ə ev sahibliyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə