Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb

Bu gün Koreya Respublikasının cənubundakı Çecudo kurort adasının yaxınlığında göyərtəsində 15 heyət üzvü olan iki balıqçı gəmisi saya oturub. SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 09:24 radələrində sahil mühafizəsinə Çecudo adası yaxınlığındakı sularda iki balıqçı gəmisinin saya oturması barədə məlumat daxil olub.

Onlardan 12 nəfəri xilas edilib, 3 nəfər itkin düşüb. Bir nəfər sonradan həlak olub.

"Xilas edilənlər arasında 32 tonluq gəminin 50 yaşlı kapitanı da var. Onun ürəyi dayanıb, xəstəxanaya gedərkən həkimlər ürək-ağciyər reanimasiyası aparsalar da, həmin şəxs sonradan vəfat edib", - məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə