İrəvanda ictimai nəqliyyatdakı qiymət artımına görə boykot aksiyası başlayıb

Bu gün İrəvan əhalisi ictimai nəqliyyatdakı qiymət artımına etiraz əlaməti olaraq boykot aksiyasına başlayıb. SİA xəbər verir ki, aksiyaya şəhərin Ağsaqqallar Şurasının üzvlərindən ibarət “Anamız Ermənistan” fraksiyası, Parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Qarnik Danielyan, eləcə də şəhərin keçmiş meri Ayk Marutyan da qoşulacaq.

Qeyd edək ki, Ağsaqqallar Şurasının qərarı ilə İrəvan ərazisində ictimai nəqliyyatın qiyməti 100 dramdan 150 drama qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə