Tramp Filadelfiyada təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

ABŞ Prezidenti Donald Tramp Filadelfiyada baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib. SİA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

"Pensilvaniya ştatının Filadelfiya şəhərində təyyarənin qəzaya uğramasını görmək çox kədərlidir. Daha çox günahsız insan həlak olub", - paylaşımda qeyd olunub.

Tramp həmçinin hadisə yerində görülən işlərə görə bütün xüsusi xidmət əməkdaşlarına təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə