ABŞ helikopter uçuşlarını qeyri-müəyyən müddətə məhdudlaşdırıb

ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) Reyqan Milli Hava Limanı yaxınlığında helikopter uçuşlarını qeyri-müəyyən müddətə məhdudlaşdırıb. SİA xarici mediaya istinadən xəbər verir ki, bu qərar “American Airlines” aviaşirkətinin sərnişin təyyarəsi ilə “Black Hawk” hərbi helikopterinin toqquşması və nəticədə 67 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra verilib. Yalnız hava limanı və yaxınlıqdakı körpülər arasında uçmasına icazə verilən polis və tibbi helikopterlərə istisna tətbiq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə