Təyyarənin qəzaya uğradığı yerdən daha bir nəfərin meyiti tapıldı

ABŞ fövqəladə hallar rəsmiləri Vaşinqton səmasında sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində həlak olan şəxslərdən daha bir nəfərin cəsədinin tapıldığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin yanğınsöndürmə xidmətinin rəhbəri Con Donnelli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qəza yerindən 41 nəfərin cəsədi çıxarılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib.

Xatırladaq ki, hadisə 30 yanvar səhər saatlarında baş verib. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə