...2024-cü ilin dekabrında Ukrayna Milli Bankı qrivnanın məzənnəsini dəstəkləmək üçün banklararası valyuta bazarında rekord məbləğdə 5,3 milyard dollar satıb.
Və bu vəziyyət medianın diqqətini cəlb edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Strana.ua” Telegram kanalı xəbər verir ki, Ukrayna Milli Bankı münaqişənin tezliklə bitməsi ehtimalını aşağı – 15 faizdən az qiymətləndirir.
Ən çox ehtimal olunan ssenari (25-50 faiz) hərbi əməliyyatların intensivləşməsi və daha da eskalasiyası hesab edilir.
Bu halda, sənaye obyektlərinin dağıdılmasının artması və enerji sisteminə hücumlar səbəbindən elektrik enerjisi ilə bağlı vəziyyətin pisləşməsi proqnozlaşdırılır.
Deputat Fyodor Venislavski də münaqişənin yaxın aylarda bitəcəyinə ümid etməyin mənası olmadığını bəyan edib.
...Bundan əvvəl məlum olub ki, Ukrayna Milli Bankı vergidən yayınanların hesablarını bloklamağa hazırlaşır.
...Və bundan əvvəl ekspertlər Ukraynada inflyasiyanın kəskin şəkildə yuxarıya doğru “sıçraya biləcəyini” proqnozlaşdırırdılar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə